9 May 2021 13:00
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-də Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Binəqədi Rayon Xocasən qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiyada Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Mərkəzi Aparatının, ETSN-nin və Binəqədi RİH-nin əməkdaşları, partiyanın Gənclər Birliyinin üzvləri iştirak ediblər.

Bu tədbir Yeni Azərbaycan Partiyası fəallarının ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.

Qeyd edək ki, ağacəkmə aksiyası çərçivəsində 850 ağac əkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər