13 Avqust 2021 14:05
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu əmr tam olaraq icra edilib".

Teleqraf.com-un Türkiyədə olan əməkdaşı xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, avqustun 12-də Muğla "böhran mərkəzi"ndə keçirilən toplantıda rəsmi olaraq yanğınların tam söndürülməsi haqqında məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlər yanğınların söndürülməsi, soyudulması və ağacların kəsilməsinə nail olub. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər