20 Avqust 2021 12:13
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların yoluxması məsələsi çox ciddi şəkildə izlənilir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, uşaqların peyvənd olunması üçün araşdırmalar aparılır: "Bəzi ölkələrdə uşaqların vaksinasiyasına başlanılıb. Lakin ölkəmizdə bu müzakirə səviyyəsində olduğu üçün hələ ki, onun başladılması tövsiyə olunmur".

Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, 18 yaşdan aşağı şəxslər ərazi poliklinikalarına müraciət edərək, müvafiq yoxlanışdan keçsinlər: "Əgər bu şəxslərə həkim məsləhəti əsasında vaksin vurulması tövsiyə olunursa, peyvənd olunsunlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər