6 Noyabr 2021 00:25
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır.

Bildirilib ki, Rusiya sonrakı demarkasiyası üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır:

“10 noyabr 2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan- dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır.

Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər