Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Qarabağdakı 30 illik həsrətə son verən Zəfərin birinci ildönümündə Can Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Məmmədovla görüşdük. Azərbaycanla qardaşlığımız daimi, sevincimiz ortaqdır”, - məlumatda qeyd olunub.