28 Sentyabr 2022 13:17
3 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və ya Fransanın Ermənistanın təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürə biləcəyinə inanmıram, bunun perspektivi görünmür”.

Teleqraf.com xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan belə deyib.

“ABŞ və Fransanın bəyanatlarını müsbət qiymətləndirirəm. Nensi Pelosinin Ermənistana səfərini və verdiyi bəyanatları da müsbət hesab edirəm. Amma istəyirəm ki, realist olaq, ABŞ-ın Türkiyəyə təsiri xeyli azalıb, Ərdoğan heç kimi dinləmir, Rusiyanın da Azərbaycana təsiri zəifləyib. Azərbaycan Prezident Əliyev artıq bəyan edib ki, siz heç bir çağırışa arxalanmayın. Biz bu vəziyyəti düzgün dəyərləndirməliyik”, - Köçəryan bildirib.

Eks-prezident onu da qeyd edib ki, Rusiyanın rolu Ermənistanın məğlubiyyətinə görə azalıb:

“Bu gün Rusiya Azərbaycanla da oxşar münasibətlər qurmağa çalışır. Lavrovun Azərbaycanla bağlı açıqlamalarını diqqətlə oxuyanda görəcəksiniz ki, onların Cənubi Qafqaz siyasətində Azərbaycanın önəmli yeri var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər