"Bələdiyyə seçkiləri normal şəkildə keçir".
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, bu sözləri 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 3 saylı məntəqəsinin sədri Qurban Həsənov deyib. Onun sözlərinə görə, indiydək səsvermədə 100-ə yaxın vətəndaş iştirak edib:
"Qeyd edim ki, bizim məntəqədə gözdən əlillər də səsvermədə iştirak edib. Ötən prezident seçkilərindən fərqli olaraq, onlar üçün spesifik bülletenlər çap edilməyib. Ancaq qanunvericilik imkan verir ki, onlar öz nümayəndələri ilə birgə gəlib səsvermədə iştirak etsinlər".
Məntəqə sədri əlavə edib ki, seçkiləri YAP, AVP, Ümid partiyasının nümayəndələri ilə yanaşı, bitərəflər də müşahidə edir.
Bəxtiyar