Ərdəbildə “Mühəqqiq Ərdəbili” Universitetinin tələbələri ana dillərini reklam edən azərbaycan dilində poster nümayiş etdiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib.
“Neçə dil bilən neçə insandır, ana dili bilməyən necə insandır?”, - deyə posterdə qeyd edilib.