28 Fevral 2023 15:40
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Fransa və Avropa Birliyini Cənubi Qafqaza sürükləməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Lavrovun Bakıya səfəri çox yaxşı gedir. Lavrov bildirib ki, Moskva və Bakı bir neçə meqalayihə hazırlayır. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və onun siyasəti haqda çoxlu xoş sözlər söylədi. Sergey Lavrov Azərbaycan və onun siyasəti barədə də çoxlu xoş sözlər dedi.

Səfər Ermənistan rəhbəri Paşinyanın Fransa və ABŞ qarşısında açıq-aşkar ölkəsini Rusiyanın müttəfiqindən onun düşməninə çevirməyə çalışması fonunda baş verir. Ermənistan Fransa və Avropa Birliyini Cənubi Qafqaza sürükləməyə cəhd edir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər