24 Aprel 2023 14:33
4 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması əlavə vasitəçilik səyləri tələb edir, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsini təşviq etməyə davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qoyulmasına münasibət bildirən Peskov qeyd edib ki, vəziyyət həqiqətən də ağırdır, bu, İrəvan və Bakı tərəfindən əlavə səylər və anlaşma tələb edir, liderlər arasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativ yoxdur.

“Rusiya vasitəçilik səylərini, əsasən iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını həyata keçirmək səylərini davam etdirir. Rusiya bunun üzərində İrəvan və Bakı ilə birgə fəaliyyətini davam etdirəcək. Əlaqələri davam etdiririk. Paytaxtlarla işləyirik, həm İrəvanı, həm də Bakını nəzərdə tuturam. Bu işi davam etdirəcəyik”, - Kremlin sözçüsü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər