2023 - cü ildə Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün " Armenaviqasiya " şirkətinə 39 968,9 avro ödəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin "news.am"ın sorğusuna verdiyi cavabda deyilir .
Ödəniş müəyyən olunmuş qaydada “ Avrokontrol ” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, “ Ermənistan Naviqasiyası ” QSC Ermənistan Respublikasının hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir .