“Əsaslandırmaları açıq olan bir fərziyyə mövcuddur ki, 27 oktyabr 1999-cu ilin danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə əlaqəsi var. Bunun da araşdırma obyektinə çevrilə biləcəyi istisna edilmir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasının iclasında deyib.
“1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeydə alınıb. Bundan sonrakı 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, iki dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı. Bəs qələbə kimin oldu? Niyə həmin qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə həmin qələbə nəticəsində Ermənistan iqtisadi rəqabətdə Azərbaycanı üstələyə bilmədi? Bu, birbaşa təhlükəsizlik və hərbi büdcələrlə bağlıdır.
Biz onu da bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsinin nizamlanması üzrə danışıqlar prosesi daxili siyasətə mühüm təsir göstərib, Levon Ter-Petrosyan Qarabağ məsələsi ilə bağlı konseptual fərqləri izah edib”, - Paşinyan vurğulayıb.