20 Oktyabr 2023 13:56
12 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada xarici işlər naziri Melani Coli Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı suala cavab olaraq əvvəllər bəyan etdiyi mövqeyini bir daha təkrarlayıb.

Teleqraf.com xəbər verir ki, Kandanın baş diplomatı növbəti dəfə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb.

“Hər şey, o cümlədən deyilmiş məsələlər müzakirə olunur. Mən Kanadanın Azərbaycanla bağlı mövqeyini açıq şəkildə ifadə etmişəm. Tezliklə Ermənistana gedəcəm, sonra bütün qiymətləndirmələri yerindəcə təqdim edəcəm”, - Coli bildirib.

Kandanın anti-Azərbaycan mövqeyinə gəlincə, onun Fransanın yedəyində sürünənlərdən biri olduğu heç kimə sirr deyil. Bu Qərb ölkəsi 44 günlük müharibədə də ermənipərəst mövqe tutmuş, hətta Azərbaycana PUA satdığına görə Türkiyəyə sanksiya tətbiq etmişdi. Kanada mediası Ukraynadakı effektli işlərinə görə isə türk PUA-larını “xilaskar mələk” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər