24 Oktyabr 2023 11:37
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh prosesində Qərbi qabaqlamağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin artıq iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında bir problemin qalmadığını bəyan edib.

“2020-ci ildən indiyə kimi Rusiya müdaxilə edirdi, ona görə də sülh müqaviləsi həyata keçmirdi. Artıq Qərbdə müqavilənin imzalanacağı qoxusu gələndə Putin bunu özünə çəkmək, prosesi ələ almaq və özü bitirmək istəyir”, - Melkonyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər