19 Dekabr 2023 11:20
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Türkiyəyə yol var. Enerji resursları Azərbaycandan Türkiyəyə mükəmməl şəkildə, Gürcüstan ərazisindən keçir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, bütün bunlar üçün Ermənistan lazım deyil, bu səbəbdən də Zəngəzurdan keçəcək yol iqtisadi yox, siyasi layihədir.

İskəndəryan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyinin Ankara baxımından tamamilə rasional olduğunu söyləyib:

“Türkiyə Azərbaycanın mütləq və tam dəstəyi ilə Cənubi Qafqaza girməli və digər oyunçuları buradan sıxışdırıb çıxarmalıdır”.

Ekspert hesab edir ki, Azərbaycan Türkiyə ilə birlikdə bütün Cənubi Qafqazı, o cümlədən Gürcüstanı öz aralarında “sıxılmış sendviç”ə çevirməyə çalışır:

“Bu baxımdan Ermənistana təzyiq tamamilə rasionaldır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər