Türkiyə və Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi üzərində nəzarətin asanlaşdırılmasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bunu iranlı politoloq Ehsan Mohdiyan deyib.
Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsi çərçivəsində Ermənistandan gələcəkdə revanş almaq istəməyəcəyinə dair yazılı təminat tələb edir.
Mohdiyanın fikrincə, Azərbaycanın Ermənistandan aşağıdakı “altı tələb”i var:
“Qarabağla bağlı iddia irəli sürməyəcəklərinə dair yazılı təminat;
Ermənistanı Gürcüstan və İranla birləşdirən əsas logistik yollara nəzarət. Bu məqsədlə Naxçıvan və Gürcüstan yaxınlığındakı kəndlərin (ümumilikdə 8 kənd) qaytarılması gündəmdədir;
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kəskin ixtisar edilməsi və Azərbaycanın Ermənistan silahlı qüvvələrinin sayına, eləcə də silahların kəmiyyət və keyfiyyətinə nəzarət etmək hüququnun təmin edilməsi;
Azərbaycanlı qaçqınların Ermənistana qayıdışının təmin edilməsi;
Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi üzərində ikitərəfli nəzarətinin asanlaşdırılması;
Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsindən Azərbaycan və Türkiyəyə dair ərazi, eləcə də qondarma soyqırımı iddialarının, həmçinin gerbdə təsvit olunan Ağrı dağı simvolunun çıxarılması”.
Ehsan Mohdiyan “Iran Diplomacy” adlı saytdakı məqaləsində Azərbaycan və Türkiyə əleyhinə təxribatçı fikirlərə yer verib. Məsələn, Azərbaycanı “Bakı”, Qarabağın azad edilməsini “işğal”, eləcə də Azərbaycanın bu hissəsini erməni kimi "artsax", Ermənistanın qaytarmalı olduğu 8 kəndi “erməni ərazisi” adlandırması kimi və sair. Bu baxımdan, onun yanaşması Tehran rejiminin Azərbaycana münasibətindən fərqlənmir: həminki molla təfəkkürü, fitnə-fəsad toxumu səpmək vərdişi, Azərbaycana münasibətdə həzmsizlik və bu nifrətin doğurduğu “erməni sevgisi...