7 Fevral 16:35
7 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kim demir ki, Azərbaycan və Türkiyə bizə düşmənçilik etmir, bu faktdır, bəs biz son 100 ildə qonşu ölkələrə qarşı necə olmuşuq? Problemi necə həll edək?

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Hazır olmadığımız və obyektiv səbəblərdən hazır ola bilmədiyimiz gələcək hadisələrdən ölkəmizi sığortalamaq istəyirik. Məsələ budur. Müharibədən sonra yaranan bir reallıq var, bunun necə və nə baş verdiyini müzakirə etmək istəmirəm, çox danışılıb, yenə də danışılacaq. Amma biz düşmən və rəqiblərimizin xeyrinə olacaq səhvlərə yol verməməliyik”, - spiker müxalifətin ittihamlarına cavabında bildirib.

Simonyan Ermənistanın radikal müxalifətini sülh prosesini pozmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər