KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət etmək üçün sülhməramlı missiya göndərməyə hazır idi, amma İrəvan son anda qərarını dəyişdi.
Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqalı Tasmaqambetov deyib.
“Təşkilat Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət etmək üçün sülhməramlı missiya göndərməyə hazır idi, amma bu işin son hissəsində İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanması ilə əlaqədar olaraq müvafiq sənədin gündəlikdən çıxarılmasını istədi”, - baş katib bildirib.