27 Yanvar 2015 14:17
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Xədicə İsmayılın barəsində seçilmiş həbs qəti imkan tədbirinin artırılması ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, prokurorluğun məhkəməyə təqdim etdiyi təıqdimat təmin edilib və Xədicə İsmayılın həbs qəti imkan tədbiri daha 2 ay uzadılıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər