2 Aprel 10:56
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş Rusiyaya qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aqvan Poqosyan deyib.

Ekspert qeyd edib ki, rəsmi açıqlamada Brüsseldə “Ermənistanın inkişafına töhfə verən üçtərəfli əməkdaşlığın yolları” mövzusunun müzakirə ediləcəyi bildirilib:

“Rəsmi və hakimiyyətin qərbyönlü təbliğatçıları elə bir fon yaradıblar ki, guya həmin görüş “Ermənistanın xilası”nın qapısını aralamalıdır. O başqa məsələdir ki, Qərb qrantları ilə fəaliyyət göstərənlər üçün “xilas” anlayışı sırf Rusiyadan qoparmağa aiddir.

Belə üçtərəfli görüşlər əvvəl də olub, bundan sonra Qarabağ İrəvan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu görüş də önəmli heç nə gətirməyəcək. Qərb, xüsusən də Avropa dövlətlərinin əsas məqsədi Ermənistanın maraqları deyil, Rusiyaya qarşı yönəlib”.

Üçtərəfli görüş də Rusiyaya qarşı növbəti addımdır. Rusiyada bunu belə qəbul edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu