5 Aprel 21:12
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bir neçə gündür Ermənistana pulsuz silah-sursat daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“İran bir neçə gündür hərbi yük təyyarələri ilə Ermənistana silah-sursat daşıyır. Təkcə İran yox, Hindistan və Rusiya da gəmilər vasitəsilə silahları İrana çatdırır, oradan da təyyarələr vasitəsilə Ermənistana tədarük edilir. Tehrandakı rejim açıq şəkildə göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşıdır. Mollalar məhz bu səbəbdən Ermənistana pulsuz silahlar verir, tranzit rolunu oynayır. İran və Rusiya Cənubi Qafqazda “hərbi tarazlıq” yaradaraq, Ermənistanı Azərbaycana qarşı növbəti təxribatlara sövq etməyə çalışır”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Tehran və Moskvanın Cənubi Qafqazda izlədiyi siyasət Azərbaycan-Türkiyə ittifaqının qarşısını almaqla bağlıdır:

“Ermənistanla Türkiyə arasında normallaşma, Azərbaycanla sülh prosesinə mane olmağa çalışırlar. Azərbaycana qarşı Ermənistan vasitəsilə təzyiq siyasət müsbət nəticə verməyəcək. Ermənistan rəhbərliyi hesab edir ki, törədəcyi təxribatla Azərbaycana sanksiyaların tətbiqinə nail olacaq. Amma baş verənlər İrəvanı çıxılmaz vəziyyətə salacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər