23 Aprel 12:38
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı rejimin keçmiş başçısı Araik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına (AzTV) verdiyi, hələlik efirə getməyən müsahibəsinin anonsunun Ermənistanda yaratdığı əks-səda dinmək bilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Nəşr bildirir ki, Ermənistan hökuməti və separatçılar Araikin Bakıya önəmli sirləri açmasından ehtiyatlanır.

“Hraparak” müsahibə ilə son günlərdə baş verənlər arasında əlaqə axtarmağa çalışıb:

“Martın əvvəlində Azərbaycan telekanalı Araik Arutyunyanın müsahibəsi ilə bağlı video-anons yayımladı. Müsahibənin uzun olacağı bildirilsə də, məzmunu barədə heç nə deyilmədi. Hələ o günlərdə siyasi dairələr (Ermənistan və separatçılar) narahatlığını bildirdilər. Ancaq diqqətçəkən məqam budur ki, mediada rezonans doğuran anonsdan sonra müsahibə hələlik yayımlanmayıb.

Həmin anonsdan iki gün sonra Nikol Paşinyan mətbuat konfransında ərazilərin (4 kənd) təhvil verilməsinə başlanılmasından danışdı, bunların heç vaxt Ermənistana aid olmadığını vurğuladı. Altı gün sonra Voskepar, Bağanıs və qonşu kəndlərin sakinləri ilə görüşmək üçün tələsik Tavuşa getdi. Paşinyan növbəti dəfə bir həftə əvvəl həmin kəndlərdə olub.

Bu hadisələrin bir-biri ilə nə qədər bağlı olduğunu zaman göstərəcək. Araik Arutyunyanın dediklərinə gəlincə, bunu proqnozlaşdırmaq belə çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu