24 Aprel 20:49
2 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması Böyük Britaniyanın Cənubi Qafqazla bağlı hədəflərindən biridir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

Mərkəzi Asiya uğrunda mübarizənin qızışdığını iddia edən ekspert Britaniya xarici işlər naziri Devid Kemeronun region ölkələrinə səfərinə diqqət çəkib:

“Hələ o zaman söyləmişdim ki, keçmiş baş nazir Kemeronun xarici işlər naziri vəzifəsinə təyin edilməsi adi məsələ deyildi. Bu, Britaniyanın xarici siyasətdə daha dərinə gedəcəyinə işarədir.

Kemeronun səfərinə gəlincə, Tacikistandan başladı. Tacikistanın Mərkəzi Asiyada İrana ən yaxın ölkə olduğunu nəzərə alsaq, bu maraqlıdır. Kemeron ikitərəfli münasibətlərin dərinləşməsinə yönəldilən vəsaitləri üç dəfə artıracaqlarını söylədi, həmçinin investisiya fondu yaradıldığını açıqladı.

Kemeron bu gün Qazaxıstandadır. Britaniya Qazaxıstanda Türkiyədən də çox önəmli mövcudluğa malikdir, Rusiya və Çinlə rəqabət içindədir. Britaniyanın burada 600-ə yaxın şirkəti fəaliyyət göstərir, həmçinin Nazarbayev dönəmindən sonra imzalanmış mühüm ikitərəfli sazişlər var.

Şübhə yoxdur ki, Kemeron Cənubi Qafqaza regional səfəri zamanı ötən il Bakıda Avropa məsələləri üzrə nazir Doçertinin səsləndirdiyi strateji hədəfi izləyir. Doçerti Bakıda Mərkəzi Asiya - Azərbaycan - Ermənistan -Türkiyə xəttinin, yəni Orta dəhlizin Britaniya üçün strateji prioritet olduğunu bəyan etmişdi”.

Akopyanın iddiasına görə, Qazaxıstan prezidentinin Bakı və İrəvan arasında fəal vasitəçilik səylərinə də bu çərçivədə baxmaq lazımdır.

Onun fikrincə, Qazaxıstan və Britaniya Azərbaycan və Ermənistanın bir-birlərinə yaxınlaşmasında fəal rol oynayır.


Müəllif: Mənsur Rəğbətoğlu