21 May 11:28
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

Teleqraf.com-un məlumatına görə, Sahibə Qafarova deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib:

"Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib".

Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər