16 İyun 17:25
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistandakı 4 anklavı - Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri iyulda təhvil verilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Varujan Qeqamyan deyib.

Onun iddiasına görə, Azərbaycan əvvəlcə 8 kəndin hamısını birdən geri almaq istəsə də, sonradan tərəflər 4+4 variantına razılaşıblar.

“İlk 4 kəndin (Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım) təhvil verilməsi may ayında baş tutub. Anlaşmanın məntiqinə görə, növbəti 4 kəndin təhvil verilməsi prosesi iyulun ortalarında aparılmalıdır. Beləliklə, anklavlarla bağlı məsələ həll olunacaq”, - Qeqamyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu