3 İyul 11:48
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədin delimitasiya və demarkasiyasının növbəti mərhələsində Kərki Azərbaycana təhvil veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, rəsmi Bakının tələblərindən biri də, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqla əlaqəlidir.

“Yəqin ki, növbəti addım ya konstitusiyaya düzəliş, ya da Kərkinin təhvil verilməsi olacaq”, - Badalyan qeyd edib.

Ekspert onu da qeyd edib ki, Qərbin nəyin bahasına olur-olsun, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasını istəyir:

“Nəyin bahasına olur-olsun, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa razı olmalıdır, Qərbin buna ehtiyacı var. Sonra bunu Rusiyaya göstərsinlər ki, Ermənistanda hərbi bazanın olması üçün əsas yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər