3 İyul 13:46
4 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın mətninin hazırlanması ilə bağlı göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bir neçə gün əvvəl hökumət başçısı yeni konstitusiya layihəsinin işlənib hazırlanması və 2026-cı il dekabrın 30-dək təsdiq edilməsi barədə göstəriş verib. Paşinyan 2022-ci il qərarında dəyişiklik edərək, layihənin 2026-cı ilə qədər təqdim edilməli olduğunu bildirib, üstəlik, Konstitusiya İslahatları Şurasına yeni mətni yazmaq səlahiyyəti verib. Əvvəlki qərarda “Konstitusiya dəyişiklikləri” sözü “Yeni konstitusiya” ifadəsi ilə əvəzlənib. Dəyişiklik mayın 25-də edilib”, - məlumatda deyilir.

Erməni nəşri yazır ki, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu