9 İyul 18:35
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd kənd 10 noyabr bəyanatı əsasında Azərbaycana təhvil verilib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Movses Akopyan deyib.

“Bu barədə dəfələrlə danışmışam, bütün bunlar 10 noyabr sənədinin nəticəsidir”, - general bildirib.

Akopyan hesab edir ki, sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələlərində də müəyyən ərazilər Azərbaycana təhvil veriləcək.

Baş Qərargahın sabiq rəisi ad çəkməsə də, söhbətin anklavlardan getdiyi ehtimalı var, həmçinin prosesin Zəngəzur istiqamətində davam edəcəyini söyləyib.

“Təkcə Sünik (Zəngəzur) yox, digər istiqamətlərdə də olacaq”, - Akopyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər