12 İyul 21:45
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin hədəfi Orta Asiya, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Aralıq dənizinə ticarət dəhlizi yaratmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

“Bayramov-Blinken-Mirzoyan görüşündə hansı məzmunun müzakirə olunduğunu anlamaq çox vacibdir. Bu baxımdan, Vaşinqtondakı görüşə qədər ABŞ rəsmilərinin Ermənistana kifayət qədər intensiv səfərlərinə diqqət etmək lazımdır. Dövlət katibinin daha bir müavininin Ermənistana gələcəyi barədə də məlumat var. Amma eyni zamanda görürük ki, praktiki razılaşmalar yoxdur. İndi sual yaranır: ABŞ Vaşinqtondakı görüşdən əvvəl hansısa formada Ermənistanı razı salmağa, Azərbaycanla sülh müqaviləsinə cəlb etməyə çalışmırdımı?”, - ekspert bildirib.

Badalyanın iddiasına görə, ABŞ-nin məqsədi Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır:

“ABŞ öz məqsədini kifayət qədər aydın dilə gətirib və dövlət katibinin müavini Ceyms Obrayen açıq şəkildə bildirdi ki, məqsədləri Orta Asiya, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Aralıq dənizinə ticarət dəhlizi yaratmaq, bununla da Rusiya, Çin və İranın təsirləri zəiflətməkdir. Sülh müqaviləsini buna görə istəyirlər. Obrayenin Bakıda Ermənistanın cəsarətli qərarlara hazır olması barədə bəyanatı da diqqət çəkdi. Söhbət hansı cəsarətli qərarlardan gedir?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər