9 Sentyabr 11:54
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan Ermənistan parlamentinin iclasında Azərbaycana qarşı separatçı təklif verib.

Teleqraf.com xəbər verir ki, deputat iclas zamanı “Ermənistan-Artsax parlamentlərarası komissiyası”nın iclasının çağırılmasını təklif edib.

Ermənistan parlametinin spikeri Alen Simonyan cavabında Minasyana xatırladıb ki, “Artsax Respublikası” özünü ləğv edib və münasibətlər buna uyğun qurulur.

“Hesab edirəm ki, bu format ləğv edilməlidir. Belə bir hüquqi akt mövcud deyil, çünki onu imzalayan tərəf yoxdur. Artıq mövcud olmayan “Artsax rəsmiləri” ilə görüşə bilmərəm”, - spiker vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər