13 Aprel 2015 10:49
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliten”nin “Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş Məmmədəmin Rəsulzadənin büstü götürülüb.

“Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında stansiya ərazisində aparılan təmir işləri ilə əlaqədar olaraq büstün götürüldüyü bildirib.

“Həmin büst uzun müddət əvvəl qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Artıq yararsız hala düşmüşdü. Uzun müddətdir ki, depo ərazisində təmir aparılır. Həmin işlər çərçivəsində büst oradan götürülüb, amma dağıdılmayıb. Yarasız büstün orada qalması M.Rəsulzadənin ruhuna hörmətsizlikdir. Büstün bərpa edilməsinə çalışdıq, amma bu mümkün olmadı”.

N.Paşayev onu da bildirdi ki, təmir işləri tam başa çatandan sonra yeni büstün hazırlanıb, ora yerləşdirilməsi hələ ki, planda yoxdur.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstünün götürülməsi barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.


“Məmmədəmin Rəsulzadənin 1992-93-cü illərdə qoyulmuş büstü bu günlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb”-deyə millət vəkili bildirib.


Müəllif:

Oxşar xəbərlər