Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.