Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Artur Rasizadəyə Xalqların dostluq ordenini təqdim edib.
Bu barədə Trend BELTA-ya istinadən məlumat verir.
A.Lukaşenko Baş nazirə müraciət edərək deyib ki, belə mükafatlarda müəyyən siyasi mətnaltı nələrsə, avans və başqa şeylər var: "Lakin sizə gəlincə, heç bir avans, siyasi mətnaltı nəsə yoxdur. Çünki siz münasibətlərimiz üçün heç bir Azərbaycan vətəndaşının etmədiyini etmisiniz".
Prezident xatırladıb ki, onun Azərbaycan rəhbərliyi ilə dost münasibətləri yaranıb: "Digər dövlətlərin rəhbərləri ilə belə münasibətləri barmaqla saya bilərəm".
Onun sözlərinə görə, A.Rasizadə qarşılıqlı anlayışın bu cür səviyyəsinin əldə edilməsinə əhəmiyyətli töhfə verib: "İndiki, keçmiş prezidentlərlə şəxsi münasibətlərimizdən başlayaraq xalqlar və dövlətlər arasındakı münasibətlərədək hər yerdə əhəmiyyətli töhfənizi vermisiniz".
Belarus Prezidenti əmin olduğunu bildirib ki. Azərbaycanın Baş naziri yüksək mükafatı minnətdarlıqla qəbul edəcək və onunla həmişə qürur duyacaq.
Qeyd edək ki, A.Rasizadə Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və humanitar əlaqələrin inkişafına və möhkəmkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə Xalqların dostluq ordeni ilə təltif edilib.