24 Avqust 2015 16:26
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Bakıda qaydaları pozan 95 avtobus sürücüsü cərimələnib.

Bunu Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.


Ötən həftənin ilk iki günü avtobus sürücülərinə və sahibkarlara xəbərdarlıq edildiyini deyən NİİM rəsmisinin sözlərinə görə, artıq növbəti gündən cərimələrə başlanılıb.

Cərimələrin 1-i sənədsiz avtobusu idarə etdiyinə, 8-i açıq qapı ilə idarə etdiyinə görə, 86-sı isə dayanacaqdan kənarda sərnişin götürdüklərinə görə edilib.

Bundan başqa sürücülərin bəzilərinə xəbərdarlıq edilib, bəziləri isə işdən kənarlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər