Bakının Nəsimi rayonunda şirkət işçisi yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, Xəqani küçəsi, 100 ünvanında yerləşən hüquq şirkətinin işçisi İnarə Tahir qızı Manafova Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bildirib ki, şirkətin işçisi, Filippin vətəndaşı Morli Mirakel Cayabanindən bir neçə gündür xəbər yoxdur.
İnarə Manafova iddia edib ki, Filippin vətəndaşı oktyabrın 13-dən xəbərsiz olaraq işə çıxmır, onun mobil telefonuna zəng çatmır və harada olması barədə heç bir məlumat yoxdur. Şikayətçi əlavə edib ki, əcnəbi vətəndaşın başına hər hansı bir bədbəxt hadisənin gələ biləcəyindən ehtiyat edilir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov