14 Dekabr 2015 12:41
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşaçılar “Geosiyasət” verilişini Elçin Mirzəbəylinin təqdimatında izləyə biləcəklər

Bu gündən etibarən “Lider” televiziyasının efirində yeni layihəyə start verilir.

Teleqraf.com verir ki, tamaşaçılar hər həftənin bazar ertəsi, saat 21:00-da yayımlanacaq “Geosiyasət” verilişini tanınmış jurnalist və siyasi şərhçi Elçin Mirzəbəylinin təqdimatında izləyə biləcəklər.

“Geosiyasət” verilişində dünyanın siyasi coğrafiyasına nəzər salınacaq, baş verməkdə olan mürəkkəb geosiyasi proseslərin tarixi kökləri və inkişaf perspektivləri incələnəcək.

İlk veriliş Şimali Afrika və Suriyada baş verən proseslərə, Türkiyə-Rusiya münasibətlərinə həsr olunub.

BƏXTİYAR


Müəllif: