Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 7-dən 18-dək Qeilenkirxen şəhərində (Almaniya Federativ Respublikası) milli koordinatorlar üçün atıcı silah, sursatlar sahəsində fiziki təhlükəsizlik və ehtiyatların idarə edilməsi və Ankara şəhərində (Türkiyə) şəxsi heyətin idarə olunması üzrə təcrübə mübadiləsi kursları keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.