IV Qlobal Bakı Forumu müasirliyin qlobal problemlərinin müzakirəsi və həll yollarının axtarışı üçün yaxşı imkandır.
Bunu Trend-ə forumun kuluarlarında Macarıstanın sabiq Baş naziri Peter Medeşi deyib.
O, foruma dünyanın qabaqcıl liderlərinin toplaşdığını deyib: "Forumun özü yaxşı ənənədir, bütün iştirakçılar ona böyük maraq göstərir".
P.Medeşi qeyd edib ki, Azərbaycan xalqının tolerantlığı dialoq üçün imkan yaradır.