Milli Məclisin deputatları Sahibə Qafarova və Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün martın 20-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, millət vəkili Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək iclasda Cənubi Qafqaz regionunda miqrasiya prosesləri, Qərbi Balkandan olan köçkünlərin hüquqlarının müdafiəsi, Suriyalı qaçqınlarla bağlı Avropada yaranmış vəziyyət, miqrantlara qarşı zorakılıq halları, Fələstinin Qəzza bölgəsində humanitar durum və digər məsələlər müzakirə olunacaq.
İclas çərçivəsində Gürcüstanın dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq. Səfər martın 23-də başa çatacaq.
Nemət