6 Aprel 2016 15:41
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Washington Post” qəzetində “Diplomatik səylər sayəsində Dağlıq Qarabağda atəşkəs elan edilib” sərlövhəli məqalə dərc olunub. İşğalçı erməni silahlı qüvvələri ilə Azərbaycan ordusu arasında təmas xəttində vəziyyətdən bəhs edilən məqalənin müəllifi Endrü Rot yazır ki, dünya liderlərinin tərəflərə müraciətlə döyüş əməliyyatlarından çəkinmək barədə çağırışlarından sonra cəbhədə atəşkəs elan edilib. Münaqişənin genişlənməsi nəticəsində azı 50 nəfər həlak olub.

Müəllif qeyd edir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağdakı separatçı rejim Ermənistan hökumətindən hərbi və maliyyə yardımı alır. Məqalədə daha sonra deyilir ki, ABŞ, Fransa və Rusiyadan olan vasitəçilər tərəflərlə danışıqlar aparmaq üçün regiona gələcəklər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun telefonla verdiyi müsahibədə münaqişə zonasında vəziyyət müzakirə edilib. Elin Süleymanov deyib: “Hamı başa düşür ki, status-kvo qəbuledilməz və davamsızdır, bu vəziyyət əvvəlki kimi daha iyirmi il davam edə bilməz”.

Səfir onu da qeyd edib ki, münaqişənin siyasi yolla tənzimlənməsinə nail olmaq üçün aparılan danışıqların ləng getməsi Azərbaycanı qane etmir. Biz Dağlıq Qarabağ regionundan erməni qoşunlarının tamamilə çıxarılmasını istəyirik. Səfir “The Washington Post” qəzetinə bildirib ki, Azərbaycan qoşunları erməni silahlı qüvvələri tərəfindən artilleriya atəşlərindən müdafiə olunmaq üçün münaqişə zonasındakı strateji əhəmiyyətli yüksəklikləri güc tətbiq etməklə nəzarət altına almağa məcbur olublar.


Müəllif:

Oxşar xəbərlər