7 Aprel 2016 10:07
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi-informasiya vasitələrinə müraciət edib.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar Almaniyanın kütləvi informasiya vasitələrinə bəyanat göndərib.

Bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması Almaniyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb olub.

Həmçinin qeyd olunub ki, Azərbaycanın dinc sakinləri arasında tələfatla nəticələn təxribat zamanı cəbhəyə yaxın ərazilərdə əhalinin əmlakına da böyük miqyasda ziyan dəyib.

Bəyanatda həmçinin, ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl etməyən Ermənistan hərbi birləşmələri işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.

Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri barədə məlumat verilib, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin dünya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənildiyi deyilib.


Müəllif:

Oxşar xəbərlər