Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 41 200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun gömrük nəzarəti zonasında 2 avtomobilə baxış keçirib.
Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41 200 ədəd siqaret aşkar edilərək götürülüb.