Azərbaycanın Rusiyadakı Səfirliyi səfir Polad Bülbüloğluna qarşı ittihamları rədd edir.
Səfirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, rusiyalı tarixçi Oleq Kuznetsovun “Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət («Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimində Səfirliyin əməkdaşlarının məqsədli şəkildə iştirak etməməsinə dair səslənən fikirlər həqiqəti əks etdirmir: "Belə bir tədbirin keçirilməsindən xəbərimiz olmayıb. Tədbirdə iştirakla bağlı bizə dəvət gəlməyib".
Qeyd edək ki, aprelin 21-də Moskvada Oleq Kuznetsovun “Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət («Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının təqdimatı keçirilib. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edib.
Səfirlikdən bildirildi ki, Azərbaycanın milli maraqlarına uyğun olan, tarixi həqiqətləri əks etdirən hər bir addımı dəstəkləyirlər. Amma səfir Polad Bülbüloğlunun bu kimi tədbirlərin hər birində şəxsən iştirak etməsi praktiki cəhətdən mümkün deyil.
Ruslan