1 Dekabr 2015 12:32
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, sessiyada əsasən, parlamentin müvafiq komitələrinin üzvləri müəyyən ediləcək, əsasən təşkilati məsələlər müzakirə olunacaq.

Spiker Oqtay Əsədov deputatları gündəliyə münasibət bildirməyə dəbət edib. O deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm islahatlar real nəticələr verir: “Demokratik seçkilərin nəticəsində V çağırış parlament formalaşıb, bütün beynəlxalq təşkilatlar seçkilərlə bağlı müsbət rəy ifadə vermişdi. 2005-ci ildə gözəl təcrübə var, Mərkəzi Seçki Komissiyası deputat vəsiqələrini təqdim edir. Mən yüksək səviyyədə seçki təşkil etdiyinə görə MSK-ya, onun əməkdaşlarına, aparat işçilərinə təşəkkür edirəm”.

Daha sonra MSK sədri Məzahir Pənahov çıxış edib: “Hörmətli sədr, sədr müavinləri, deputatlar. İcazə verin sizi seçkilərdə qələbə qazanmaq münasibəti ilə təbrik edim, gələcək şərəfli fəaliyyətinizdə sizə uğurlar arzu edim. Milli Məclis rəhbərliyinin bizə verdiyi qiymət bizi məmnun edir. Gələcəkdə də qanunvericiliyə uyğun olaraq MSK azad və demokratik seçkilər təşkil etmək üçün əlindən gələni edəcək. Beynəlxalq standartlarla bağlı məsələ müzakirə ediləndə hamımızın mövqeyi eynidir. Ədalətli və şəffaf seçkilər cəmiyyətin ifadəsidir və şəffaf olmalıdır. Azərbaycanda seçkilərin şəffaf olması məsələsində hətta bizə qarşı qərəzli olan təşkilatlar da qüsur tapmayıb. Azərbaycan daxilində seçkiləri müşahidə edən subyektlərə də hər cür imkan yaradılıb. 70 minə yaxın müşahidəçi olub, media bu sahədə aktiv iştirak edib, məntəqələrə veb kameralar yerləşdirilib. Bu ölkə başçısının tapşırığı ilə yerləşdirilib. Veb kameralar elə unikal məsələdir ki, Azərbaycana gəlmədən bunu müşahidə etmək mümkündür. Seçkilərin azad və demokratik keçirilməsi üçün əsas tələblərdən biri ölkədə ictimai-siyasi sabitlikdir. Neçə illərdir ki, ölkədə sabitik var. Qanunvericilik isə Avropa ekspertlərinin süzgəcindən keçib, çoxu onların iştirakı ilə hazırlanıb. Azərbaycanda keçirilən seçkilərə ən yüksək səviyyədə iradə var. Mən öz adımdan və MSK adından prezidentə təşəkkür edirəm. Seçkilər azad, ədalətli və demokratik keçirilib, hər dairədə 6-dan çox iddiaçının olması faktı var idi. Bu namizədlərin yarıdan çoxu siyasi partiya nümayəndələri idi. 15 partiya və 7 partiyalar bloku seçki prosesində iştirak edib. Sevindirici haldır ki, seçkilərin nəticəsində kifayət qədər partiyanın nümayəndəsi parlamentə seçilib. Bir daha bütün qaliblərə təbrikimi çatdırıram. Cənab sədr sizdən xahiş edirəm ki, Seçki Məcəlləsinin bizə verdiyi ikinci səlahiyyətdən istifadə edib deputat vəsiqələrini təqdim edək”.

Bundan sonra MSK sədri deputat vəsiqələrini deputatlara təqdim edib. İlk olaraq vəsiqə spiker Oqtay Əsədova, daha sonra Ziyafət Əsgərova, Bahar Muradovaya, Valeh Ələsgərova təqdim edilib. Bundan sonra sıra ilə millət vəkillərinə vəsiqə təqdim edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər