27 May 2022 16:17
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

DİN-dən Teleqraf.com-a bildirilib ki, o, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiya edilib.

Hazırda vəziyyəti stabildir.

14:30

Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

12:50

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırm aparılır.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

12:12

Ağdamın Çəməli kəndinin yaxınlığında Daxili Qoşunların hərbçisi minaya düşüb.

Teleqraf.com xəbər verir ki, minaya düşən şəxs Daxili qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu, çavuş Əzizağa Umarovdur .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər