5 Dekabr 2023 10:17
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər