21 Fevral 16:21
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Orucovun həbsdə saxlanma müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Ə.Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər