25 Fevral 00:55
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verən partlayış nəticəsində mənzilin qapı və pəncərələri çərçivədən çıxaraq əraziyə atılıb və liftin şaxtası müəyyən qədər deformasiya olub.

Teleqraf.com "Report" -a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov məlumat verib.

Onun sözlərinə görə, yanğının ümumi sahəsi 40 kv.m olub.

“Mənzildə bir otağın 20 kv.m və dəhlizin 10 kv.m sahəsində yanğın olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub".

***

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər