21 Oktyabr 12:21
202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları son bir neçə gündə rayon ərazisində qeydə alınmış cinayətlərə qarşı əməliyyatlar həyata keçirib.

Teleqraf.com xəbər verir ki, nəticədə bir nəfərdən hədə-qorxu ilə 5000 manat tələb edən 22 yaşlı İ.Rəhimli, marketdən 200 manat, həmçinin gözəllik salonunda qadının çantasından içərisində 500 manat olan pul kisəsini oğurlayan 40 yaşlı R.Ələkbərov və əvvəllər məhkum olunmuş 36 yaşlı N.Nəsibova saxlanılıblar.

Digər tədbir zamanı bir nəfəri aldadıb 12000 manat pulunu dələduzluq yolu ilə əldə edən əvvəllər məhkum olunmuş 59 yaşlı M. Əmiraslanov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov