25 Dekabr 21:36
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin pilotları Aktauda hava limanı yaxınlığındakı əkin sahəsinə enməyə cəhd ediblər".

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə aviasiya üzrə ekspert deyib.

“Pilotlar təyyarəni uzun müddət səmada saxlamağa çalışıb. Onlar qəzanın qarşısını almaq üçün axıra kimi çalışıblar. Kapitan hətta təyyarəni boş yerə endirməyə cəhd edib”, - ekspert bildirib.

Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29-u sağ qalıb.


Müəllif: Arzu

Oxşar xəbərlər